Qusar Rayon İcra Hakimiyyətinin başçısının növbəti səyyar qəbulu Gədəzeyxur kəndində keçirilmişdir
Qusar rayon İcra Hakimiyyətinin başçsı Şair Alxasov rayonun Gədəzeyxur kəndində vətəndaşların səyyar qəbulunu keçirmişdir. Qəbulda kənd sakinləri ilə yanaşı RİHB Aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, bir sıra idarə və müəssisələrinin rəhbərləri də iştirak etmişdir. Qəbulda kənd sakinləri tərəfindən suvarma arxlarının təmizlənməsi üçün texnikanın ayrılması, elektrik və rabitə xətlərinin, tibb məntəqəsinin, poçt binasının və kənddaxili yolların təmiri ilə bağlı məsələlər qaldırılmişdir. Şair Alxasov vətəndaşları narahat edən məsələlərin həlli üçün aidiyyatı təşkilatlara müvafiq göstərişlər vermişdir. Aidiyyatı müəssisə rəhbərləri qaldırılan məsələlərin həlli istiqamətində görülməsi nəzərdə tutulan işlər barəsində izahat vermişdir.