Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Aqrar məsələlərə həsr olunmuş tədbir keçirilmişdir.

15 aprel 2022 | 16:00

Aprel ayının 15-də rayon İcra Hakimiyyətinin iclas zalında rayonda payızlıq, yazlıq və çoxillik əkin sahələrində gübrələrdən, xəstəlik və ziyanvericilərə qarşı dərmanlardan istifadə, suvarma və digər aqrotexniki tədbirlərin optimal müddətlərdə həyata keçirilməsi vəziyyəti, sahələrdə, meşə və digər ərazilərdə, eləcə də məişətdə yanğın təhlükəsizlik qaydalarına əməl edilməsi ilə bağlı tədbirlərin görülməsi və bu sahədə əhali arasında təbliğat işlərinin aparılması ilə əlaqədar müşavirə keçirilmişdir.
Müşavirədə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri cənab Rafail Quliyev, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional İdarəsinin rəisi cənab Qafar Ağayev və rayon İcra Hakimiyyəti başçısının birinci müavini cənab Şahid Fərəməzov müzakirə olunan məsələlər ətrafında çıxış etmiş və sahibkarların ünvanladıqları sualları cavablandırmışdır.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısının kənd İnzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyə sədrləri, sahibkarlar və aidiyyəti idarə rəhbərləri iştirak etmişdir.

Keçidlər