I Avropa Oyunlarının rəmzi məşəli Qusar şəhərinə gətirilmişdir
Azərbaycanda keçiriləcək Birinci Avropa Oyunlarının rəmzi məşəli 01.06.2015-ci il tarixdə Qusar şəhərinə gətirilmişdir. Məşəl ilk öncə Heydər Əliyev Mərkəzində kik-boksing üzrə Azərbaycan çempionu və universal döyüş üzrə idman ustası Elşən Şükürova təqdim edilmiş, daha sonra 10 nəfər məşəldar məşəli bir-birinə ötürərək Mirzə Vəliyev, Nurəddin Şərifov, general Mahmud Əbilov və Fəxrəddin Musayev küçələrindən ümumilikdə 2.7 km məsafəni keçməklə şəhərin general M.Əbilov adına mərkəzi meydanına gətirmişdir. Taekvondo üzrə Azərbaycan çempionu Vasif Qurbanov mərkəzi meydanda quraşdırılan səhnəyə qalxaraq məşəli alovlandırıb. Avropa Oyunlarının çırağı yandırılaraq, yarışlar başa çatanadək saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verilib. I Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılmasını əks etdirən videoçarx mərasim iştirakçılarına nümayiş olundu. Yol boyu məşəl rayon sakinləri tərəfindən coşqu ilə qarşılanmışdır. Ümumilikdə tədbirdə 35 min nəfərə yaxın rayon sakini iştirak etmişdir. Daha sonra tədbir konsert proqramı ilə davam etmişdir.