5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar silsilə idman tədbirləri keçirilib
06 mart 2026 | 11:48
Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar rayonda silsilə idman tədbirləri keçirilmişdir.
Martın 2-də Qusar şəhər 3 nömrəli körpələr evi–uşaq bağçasında balacaların fiziki fəallığının artırılması, sağlam həyat tərzinin erkən yaşlardan təbliği və idmana marağın formalaşdırılması məqsədilə müxtəlif əyləncəli idman oyunları təşkil edilmişdir. Proqram çərçivəsində top oyunları, çeviklik və sürət tələb edən tapşırıqlar, eləcə də komanda şəklində keçirilən maraqlı idman fəaliyyətləri uşaqlar tərəfindən böyük maraqla qarşılanmışdır. Sonda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.
“İdman həftəsi” çərçivəsində növbəti tədbir 4 mart tarixində Qusar Olimpiya İdman Kompleksində təşkil edilmişdir. Tədbirdə boks, kikboksinq və MMA (Qarışıq döyüş sənətləri) idman növləri üzrə müxtəlif yaş qruplarından olan 30 nəfər idmançı bacarıqlarını nümayiş etdirmişdir. Sonda idmançılara Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi tərəfindən sertifikatlar təqdim olunmuşdur.






