Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

5 Mart – Bədən Tərbiyəsi və İdman Günüdür

05 mart 2026 | 18:30
Son illər ölkəmizdə idmanın inkişafına göstərilən yüksək diqqət və qayğı nəticəsində bu sahədə mühüm nailiyyətlər əldə olunmuş, idman infrastrukturu genişləndirilmiş, idmanın kütləviləşdirilməsi və sağlam həyat tərzinin təbliği istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Hər il 5 mart tarixi ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Bu əlamətdar günün təsis olunması Azərbaycanda idmanın inkişafına göstərilən yüksək dövlət qayğısının, sağlam həyat tərzinin təbliğinin və gənc nəslin fiziki-mənəvi inkişafına verilən önəmin bariz nümunəsidir.
Martın 5-də Qusar Olimpiya İdman Kompleksində Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Ceyhun Hacıyev, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun müdiri Emil Əmirmətov, məşqçilər və gənc idmançılar iştirak etmişdir. Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri düzülərək dahi şəxsiyyətin xatirəsi ehtiramla yad edilib.
Daha sonra tədbir Qusar Olimpiya İdman Kompleksində davam etdirilib. Ulu Öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısı, idman infrastrukturunun genişləndirilməsi istiqamətində həyata keçirilən mühüm layihələr, ölkə və beynəlxalq səviyyədə əldə edilmiş idman uğurları haqqında məlumat verən çıxışçılar qeyd ediblər ki, müstəqil Azərbaycanın idman sahəsində qazandığı nailiyyətlər bilavasitə Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət siyasətinin nəticəsidir. Dövlətimizin başçısının idmana xüsusi diqqət və qayğısı sayəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınır, beynəlxalq yarışlara uğurla ev sahibliyi edir, idmançılarımız ən mötəbər arenalarda üçrəngli Bayrağımızı yüksəldirlər. Tədbirdə həmçinin rayonun idman həyatında əldə olunan nailiyyətlər, idmançılarımızın respublika və beynəlxalq səviyyəli yarışlarda qazandıqları uğurlar, gənclərin idmana cəlb olunması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb.
Sonda rayonun idman həyatında fəallığı ilə seçilən bir qrup məşqçi və gənc idmançı fəxri fərmanlarla təltif edilib.
Keçidlər