Yaponiya hökmətinin maliyyə dəstəyilə Qusar rayonunun Hil kəndində su təchizatı sisteminin bərpası üzrə qrant layihəsinin imzalanma mərasimi.
02 mart 2017 | 16:00
02.03.2017-ci il tarixdə Qusar rayon İcra Hakimiyyəti başçısı Aparatında, Yaponiya hökmətinin maliyyə dəstəyilə Qusar rayonunun Hil kəndində su təchizatı sisteminin bərpası üzrə qrant layihəsinin imzalanma mərasimi keçirilmişdir. Müqaviləni Yaponiyanın Azərbaycan Respublikadakı Fövqəladə və Səlahiyyətli səfiri Tsuquo Takahaşi və "Vətəndaş Cəmiyyəti Uğrunda"Müstəqil Məsləhət və Yardım Mərkəzini direktoru Rafik İsmayılov imzalayıblar.