Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Hil kəndində içməli suyun verilməsinə həsr olunmuş mərasim keçirilmişdir

08 avqust 2017 | 16:00

08 avqust 2017-ci il tarixdə Qusar rayonunun Hil kəndində Yaponiya Hökumətinin maliyyə dəstəyi ilə "Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqrami" çərçivəsində “Hil kəndində içməli  su təchizatının yaxşılaşdırılması” layihəsinin reallaşmasına həsr olunmuş mərasim keçirilmişdir. Dəyəri 83,320 ABŞ dolları təşkil edən layihəyə 7,7 kilometr su borusu, 1 ədəd su anbarı, 72 ton həcmində rezervuar və 2 su bulağının tikintisi daxildir. Yeni tikilmiş su təchizatı sistemi 3000 kənd sakininin suya olan ehtiyacını ödəməyə imkan verəcəkdir. Mərasimdə  Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Teruyuki Katori, millət vəkili Azər Badamov, rayonun idarə və müəssisə rəhbələri, kənd sakinləri və KİV nümayəndələri iştirak ediblər. Qusar  Rayon İcra Hakimiyyətinin  başçısı cənab Şair Alxasov səfir cənab Teruyuki Katoriyə Hil kəndinə içməli su xəttinin çəkilişinə görə rayon ictimaiyyəti və öz adından minnətdarlığını bildirmişdir. Daha sonra Şair Alxasov və Teruyuki Katori rəmzi lenti kəsərək su bulağının açılışını etmişlər. Hil kəndinə yeni içməli su xəttinin çəkilməsini kənd sakinləri böyük sevinc hissi ilə qarşılamış və bu işdə zəhməti keçən hər bir kəsə öz təşəkkürlərini bildirmişlər. Təntənəli açılış mərasimi yerli incəsənət ustalarının konsert proqramı ilə davam edib. Sonda xatirə şəkli çəkdirilib. 

Keçidlər