Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun xatirəsinə quraşdırılmış barelyefin açılış mərasimi

15 avqust 2017 | 16:00

15.08.2017-ci il tarixdə, saat 10:00-da Qusar şəhərində  Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun adını daşıyan küçədə onun xatirəsinə quraşdırılmış barelyefin açılış mərasimi keçirilmişdir. Tədbirdə Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, millət vəkili Azər Badamov, şəhidin ailə üzvləri, ictimaiyyət nümayəndələri, ziyallılar, hərbiçilər, rayonun idarə, müəssisə rəhbələri və media mənsubları iştirak etmişlər. Çingiz Salman oğlu Qurbanov Qusar rayonunun Həzrə kəndindən həqiqi hərbi xidmətə çağırılmış, 29 dekabr 2016-cı ildə sərhəddə düşmən təxribatının qarşısını alarkən qəhrəmanlıqla həlak olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2017-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə Çingiz Salman oğlu Qurbanova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Çingiz Qurbanovun adının əbədiləşdirilməsi məqsədilə Qusar şəhərində mərkəzi küçələrindən birinə və təhsil aldığı Həzrə kənd tam orta məktəbinə onun adı verilmişdir.

Keçidlər