Qusar rayonunun Suvacal kəndinə təbii qaz verilmişdir
02 avqust 2017-ci il tarixdə Qusar rayonunun Suvacal kəndinə təbii qazın verilməsi münasibətilə mərasim keçirilmişdir. Mərasimdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, millət vəkili Azər Badamov, Xaçmaz Regional Qaz İİ-nin rəisi Osman Beybutov, kənd sakinləri, idarə rəhbərləri və media mənsubları iştirak ediblər. Rayon başçısı qaz çəkilişi münasibətilə kənd sakinləri təbrik etmiş, ölkədə və rayonda gedən sosial-iqtisadi inkşafdan, abadlıq-qruculuq işlərdən danışmışdır. Sonra Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov təbii qaz verilişinin rəmzi olaraq məşəli alovlandırmışdır. Suvacal kənd sakinləri göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər. Kəndin 140 abonentə ilk dəfə təbii qaz verilmişdir.