Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

"Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri”nə dair işgüzar forum

08 sentyabr 2017 | 16:00

08.09.2017-ci il tarixdə, Qusar rayonunun Aşağı İmamqulukənd kəndində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun təşkilatçılığı ilə “Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri”nə dair işgüzar forumu keçirilmişdir. Forumda Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa  Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev,  İqtisadiyyat Nazirliyinin Quba-Xaçmaz regional bölməsinin müdiri Mətləb Cəfərov, İcra Hakimiyyətinin və Nazirliyin əməkdaşları, idarə və müəssisə rəhbərləri, müvəkkil kredit təşkilatlarının nümayəndələri, sahibkarlar, kənd sakinləri və KİV mənsubları iştirak etmişdirlər. 

Forumun məqsədi İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə dövlətin güzəştli krediti ayrılmış Qusar rayonunda intensiv bağçılıq təsərrüfatına baxış, güzəştli kreditlərin verilməsi mexanizminin izah olunması, rayonda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin sahibkarlara təqdim olunması, onlarla müvəkkil kredit təşkilatları arasında qarşılıqlı inamın artırılması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, investisiya layihələrinin maliyyələşdirilməsi üzrə qarşılıqlı dialoq əsasında işgüzar münasibətlərin yaradılması, eləcə də potensial sahibkarların üzə çıxarılması və nəticədə daha çox kiçik və orta həcmli layihələrin maliyyələşdirilməsindən ibarətdir.

Keçidlər