Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayon İcra Hakimiyyəti başçısının rayonun 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclası keçirilmişdir

11 oktyabr 2017 | 16:00

11.10.2017-ci il tarixdə Qusar şəhər Heydər Əliyev Mərkəzində Qusar rayon İcra Hakimiyyəti başçısının rayonun 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclası keçirilmişdir.
Hesabatda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, rayon İcra hakimiyyəti başçısı aparatının işçiləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, ictimaiyyət və media mənsubları iştirak ediblər. Hesabatı giriş sözü ilə açan Qusar rayon İcra Hakimiyyətinin başçısı cənab Şair Alxasov Qusar rayonunun sosial-iqtisadi sahələrində inkişafın davam etdiyini, əsas göstəricilər üzrə müsbət nəticələr əldə olunduğunu bildirmişdir. Bununla belə, rayon başçısı rayonun bəzi sahələrdə, xüsusilə qaz və işıq kimi xidmət sahələrində ciddi çatışmazlıqların olduğunu vurğulamışdır. Belə ki, elektrik enerjisi verilişində tez-tez fasilələrin baş verdiyini, əhaliyə verilən qaz təzyiqinin isə xeyli aşağı düşdüyünü irad bildirərək, mövcud çatışmazlıqların qısa vaxtda aradan qaldırılması üçün ciddi tapşırıqlar vermişdir. Sonra hesabat məruzəsi ətrafında çıxış edən natiqlər, qarşıda duran problemlərin həlli yollarının müzakirəsi ilə yanaşı, öz çıxışlarında qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirəcəklərini bildirmişlər.

Keçidlər