Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

"Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları" mövzusunda seminar-müşavirə keçirilmişdir.

13 oktyabr 2017 | 16:00

13.10.2017-ci il tarixdə Qusar Mədəniyyət Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qusar rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları" mövzusunda seminar-müşavirə keçirilmişdir. Tədbirdə Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, DQİDK-nin sədr müavini Səyavuş Heydərov, Baş Prokurorluğun nümayəndəsi Rauf Məmmədov, Daxili İşlər Nazirliyinin nümayəndəsi Oqtay Tağıyev, Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayon prokurorları, Daxili İşlər və Ədliyyə Nazirliklərinin, Dövlət Təhlükəsizlik Xidmətləri və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin yerli strukturlarının rəhbərləri, rayon İcra Hakimiyyəti başçılarının müavinləri, dini qurumlarla işin təşkilatçıları və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Tədbir "Şəhadət" adlı filmin nümayişi ilə başlandı. Daha sonra mövzu ətrafında çıxışa başlayan Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov qonaqları salamladıqdan sonra onlara xoş gəlmişsiniz dedi və belə bir tədbirin Qusarda keçirildiyinə görə öz minnətdarlığını bildirdi. Rayon başçısı hazırda din pərdəsi altında çirkin əməlləri törədən ekstremistlərə qarşı hamılıqla mübarizə aparmalı, İslam dininin sülh və birlik dini olduğunu qeyd etdi. Mövzu ətrafında çıxış edən qonaqlar və ictimaiyyət nümayəndələri Azərbaycanın tolerant bir ölkə oluduğunu, Respublika Prezidenti cənab İlham Əliyevin dünyavi dinlərin bir arada fəaliyyət göstərməsi üçün lazımi şəraitinin yaratdığını bildilər.

Keçidlər