Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

“8 Mart – Beynəlxalq Qadınlar Günü” və Milli Teatr Günü münasibəti ilə tədbir keçirilib

08 mart 2025 | 11:03
Tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri, rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəallığı ilə seçilən xanımlar, şəhid ailələrinin xanım üzvləri iştirak ediblər.
Tədbirin əvvəlində Qusar rayon İcra Hakimiyyətinin başçısının 8 Mart Beynəlxalq Qadınlar günü və Milli Teatr Günü münasibəti ilə təbriki səsləndirilib.
Daha sonra Qusar Dövlət Ləzgi Dram Teatrının aktyor heyətinin ifasında 8 Mart qadınlar bayramı və Milli Teatr Gününə həsr olunmuş bədii-musiqili konsert proqramı təqdim olunub. Qusar Dövlət Ləzgi Dram Teatrının fəaliyyəti ilə bağlı məlumat verilərək bildirilib ki, Prezident İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamı ilə ölkəmizdə “Milli Teatr Günü” təsis edilib. Sərəncama əsasən milli mədəniyyətin inkişafında və ölkənin mədəni həyatında milli teatrın əhəmiyyəti və rolu nəzərə alınaraq hər il martın 10-u Azərbaycan Respublikasında “Milli Teatr Günü” kimi qeyd edilməsi qərara alınıb. Teatrın aktyor heyətinin və müğənnilərin çıxışları tamaşaçılar tərəfindən maraqla qarşılanıb, alqışlarla müşayiət olunub.
Keçidlər