Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

8 Noyabr - Zəfər Günü ilə bağlı tədbirlər keçirilib

03 noyabr 2026 | 18:06
 
Qusar rayonunun Düztahir və Böyük Muruq kənd tam orta ümumtəhsil məktəblərində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib. Tədbirlərin keçirilməsində əsas məqsəd Vətən müharibəsində qazanılan tarixi Qələbənin mahiyyətini şagirdlərə dərindən aşılamaq, onlarda dövlətçilik təfəkkürünü, milli kimlik şüurunu və vətənpərvərlik duyğularını gücləndirmək olub.
Tədbirlərdə çıxış edən natiqlər bildiriblər ki, 8 Noyabr Azərbaycan xalqının çoxəsrlik dövlətçilik salnaməsində xüsusi yerə malik olan, milli qürur və iftixar günüdür. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 gün ərzində yazdığı qəhrəmanlıq dastanı nəticəsində torpaqlarımız işğaldan azad edilib, ərazi bütövlüyümüz bərpa olunub və regionda yeni reallıqlar yaradılıb. Qeyd olunub ki, bu Qələbə təkcə hərbi müstəvidə deyil, həm də diplomatiya, informasiya mübarizəsi cəbhəsində əldə edilən böyük nailiyyət olmaqla, xalq-iqtidar-ordu birliyinin sarsılmazlığının bariz təcəssümünə çevrilib.
Tədbirlər zamanı şagirdlərə Azərbaycan dövlətçiliyinin inkişaf mərhələləri, müstəqillik illərində ölkəmizin keçdiyi çətin və şərəfli yol, 44 günlük Vətən müharibəsində qazanılan uğurların tarixi-siyasi və hüquqi əhəmiyyəti barədə ətraflı məlumat verilib. Şəhidlərimizin keçdiyi döyüş yolunun gənc nəsil üçün örnək olduğu vurğulanıb.
Tədbirlərin bədii hissəsində şagirdlərin ifasında şeirlər səsləndirilib, vətənpərvərlik ruhunda ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.
Keçidlər