Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

8 Noyabr-Zəfər Günü münasibətilə silsilə tədbirlər keçirilmişdir

08 noyabr 2025 | 17:00
8 Noyabr – Zəfər Günü münasibətilə Qusar rayonunda bir sıra mədəni, maarifləndirici və idman yönümlü tədbirlər həyata keçirilmişdir. Bu tədbirlər azadlıq uğrunda mübarizənin simvolu olan bu tarixi günün mənəvi dəyərinin cəmiyyətin bütün təbəqələrinə aşılanmasına xidmət edir.
5 noyabr 2025-ci il tarixdə Qusar Rayon Tarix-Diyarşünaslıq Muzeyində şəhər 1 saylı tam orta məktəbin 6-cı sinif şagirdləri üçün “Zəfərə aparan yol” mövzusunda maarifləndirici tarix dərsi keçirilmişdir. Dərs zamanı muzeyin əməkdaşları və tarix müəllimləri tərəfindən Vətən müharibəsinin gedişi, Azərbaycan Ordusunun qazandığı tarixi qələbə, şəhidlərimizin döyüş yolu haqqında ətraflı məlumat verilmiş, şagirdlər muzeyin ekspozisiyasında 44 günlük Vətən müharibəsinə həsr olunmuş bölmə ilə tanış olmuşlar.
Zəfər Günü ilə bağlı silsilə tədbirlərin davamı kimi rayonun bir qrup mədəniyyət işçisi Qusar Dövlət Rəsm Qalereyasını ziyarət etmiş, şagirdlərin 8 Noyabr – Zəfər Günü, 9 Noyabr – Dövlət Bayrağı Günü və 12 Noyabr – Konstitusiya Günü bayramlarına həsr edilmiş rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirmişlər.
7 noyabr 2025-ci il tarixində Qusar Olimpiya İdman Kompleksində Quba–Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun və Qusar Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə Sambo idman növü üzrə Qusar rayon açıq birinciliyi keçirilmişdir. Yarışda 70-ə yaxın gənc idmançı iştirak edərək öz güclərini sınayıblar. Sonda qaliblər Quba–Xaçmaz Regional Gənclər və İdman İdarəsinin müvafiq dərəcəli diplomları ilə təltif olunublar.
Keçidlər