Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayon İcra Hakimiyyətinin yeni tikilmiş inzibati binasının istifadəyə verilməsinə həsr olunmuş tədbir

03 noyabr 2017 | 16:00

03.11.2017-ci il tarixdə Qusar rayon İcra Hakimiyyətinin yeni tikilmiş inzibati binasının istifadəyə verilməsinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Qusar rayon İcra Hakimiyyətinin başçısı  cənab Şair Alxasov,  RİHB Aparatının işçiləri, rayonun idarə və müəssisə rəhbərləri, ağsaqqallar və ziyallılar iştirak etmişlər. Açılış mərasimi binanın foesində quraşdırılan ulu öndərin büstü önünə gül-çiçək dəstlərinin qoyulması ilə başladı, qonaqlar daha sonra binada işçilər üçün yaradlan iş şəraiti  ilə tanış oldular. Tədbir RİHB Aparatının akt zalında keçirilən iclas ilə davam etdirildi. İclası giriş sözü ilə açan RİH başçısı cənab Şair Alxasov, tədbir iştirakçılarını salamlayaraq binanın ölkə başçısının səramcamı ilə inşa edildiyini və tikinti işlərinin yüksək səviyyədə aparıldığını qeyd etdi. Ölkə başçsı cənab İlham Əliyevin Qusar rayonuna xüsusi diqqət və qayğı göstərdiyini bildirdi. Cənab prezident tərəfindən son illər rayona edilən səfərlərinin, rayon ərazisində gedən böyük tikinti, abadlıq və quruculuq işlərinin buna bariz nümunə olduğunu qeyd etdi. Tədbirdə çıxış edən natiqlər binanın çox zövqlə tikildiyini, işçilər üçün gözəl şəraitin yaradıldığını qeyd edərək, RİH-nin kollektivinə gələcək fəaliyyətində uğurlar arzu etmişlər.

Keçidlər