Qusar Rayon İcra Hakimiyyəti başçısının 2017-ci ilin yekunları və 2018-ci ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı
Fevralın 10-da Qusar Mədəniyyət Sarayında Qusar RİH başçısı yanında şuranın geniş iclası olmuşdur.
İclasda Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev, Milli Məclisin deputatı Azər Badamov, RİHB-in yerlərdəki İƏD üzrə nümayəndələr, bələdiyyə sədrləri, rayon ictimayyəti nümayəndələri, ziyalılar, idarə, müəsisə və təşkilat rəhbərləri iştirak etmişdirlər.
İlk öncə rayon rəhbərliyi, qonaqlar və ictimaiyyətin nümayəndələri Heydər Əliyev Xatirə Kompleksini ziyarət etmiş, sonra mədəniyyət sarayında təşkil olunmuş kənd təsərrüfatı, sənaye, emal müəssisələrində istehsal olunmuş məhsulların çeşidlərindən, idmançıların uğurlarından, milli əl işlərindən ibarət sərgiyə baxış keçirilmişdir.
İclasın əvvəlində Dövlət Himni səsləndirilmiş, ardınca 2017-ci ildə rayonda aparılmış abadlıq-quruculuq və mədəni-kütləvi tədbirləri əks etdirən film nümayiş etdirilmişdir.
Yığıncağı giriş sözü ilə açan rayon başçısı Şair Alxasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sədrliyi 10 yanvarın tarixində keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2018-ci ildə qarşıda duran vəzifələrə həsr olunan iclasında, eləcə də regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda qarşıya qoyulan vəzifələr barəsində danışmışdır.
Sonra rayonumuzda həyata keçirilən infrastruktur layihələrin icrası vəziyyəti, ötən ildə əldə edilmiş nailiyyətlər, sahibkarlığın və kənd təsərrüfatının inkişafı, tikinti-abadlıq, quruculuq işləri, avtomobil yollarının yenidən qurulması və təmiri, əhalinin qaz, elektrik enerjisi, suvarma və içməli su ilə təminatı, əhalinin sosial rifahının daha da yaxşılaşdırılması və digər vacib məsələlərin geniş əks olunduğu məruzə oxunmuş, ətrafında çıxışlar edilmişdir.
Prezident Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev, Milli Məclisin deputatı Azər Badamov çıxış edərək bildiriblər ki, ölkə başçısının rəhbərliyi altında iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı dəvam etdirilmiş, iqtisadiyyatın əsas sahələrindən sayılan kənd təsərrüfatının inkişafı, istehsalın artırılması, fermerlərə lazımı dövlət dəstəyinin göstərilməsi ilə bağlı konkret tapşırıq və tövsiyələr verilmişdir.
Natiqlər, iqtisadi islahatların davam etdiriləcəyini, iqtisadiyyatımızın daha da gücləndiriliməsi yönündə təsirli tədbirlərin görüləcəyini, vətəndaşlarımızın daha firavan yaşayışı üçün yeni sosial layihələrin reallaşdırılacağını söyləmişlər.
Şura iclasını RİH başçısı Şair Alxasov yekunlaşdıraraq, çıxışlarda səslənən tənqid, təklif və mülahizələrə münasibətini açıqlamış, mövcud çatışmazlıqların aradan qaldırması üçün tapşırıqlar və tövsiyələrini vermişdir.
İclasın sonunda yığıncaq iştirakçıları adından Azərbacan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ilə bağlı qərar qəbul edilmişdir.
.