Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş ümumrayon tədbiri

20 yanvar 2018 | 16:00

20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar Qusar rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə təsdiq olunmuş tədbirlər planına uyğun olaraq rayonun təşkilat, idarə və təhsil müəssisələrində silsilə tədbirlər keçirilmiş, şəhidlərin xatirəsi ehtiramla anılmışdır. Belə ki, idarə və təşkilatlarında, rayonun təhsil müəssisələrində anım tədbirləri təşkil olunmuş, məktəblərin foyelərində Qanlı Yanvar faciəsinin  28-ci il ildönümünə həsr edilmiş foto stendlər düzəldilmişdir. Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, hüquq-mühafizə orqanlarının, təşkilat və müəssisələrin rəhbər və kollektivləri, ağsaqqal və ziyallılar, şagird və tələbələr, ictimaiyyət nümayəndələri «Şəhidlər Xiyabanı»nı ziyarət etmiş, şəhid olan soydaşlarımızın məzarlarına gül dəstələri düzərək ehtiramlarını bildirmiş, şəhidlərin ruhuna dualar oxunmuş, Allahdan onlara rəhmət dilənmişdir. Sonra Qusar Rəsm Qalereyasında rayon rəssamların və məktəblilərin 20 Yanvar faciəsinə həsr etdikləri rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilmişdir. Həmin gün rayon ərazisində Azərbaycan Respulblikasının Dövlət Bayrağı endirilmiş, saat 12-00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

 

Keçidlər