Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunmuş tədbirlər keçirilmişdir.
Qusar rayon İcra Hakimiyyəti başçısının Sərəncamı ilə “Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsinə dair tədbirlər planı”na uyğun olaraq Qusar rayonu ərazisində ictimaiyyət nümayəndələrinin iştirakı ilə Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş ümumrayon yığıncağıncaqları keçirilmiş, rayonun ümumtəhsil məktəblərində, habələ klub və kitabxanalarda, qəsəbə və kənd icra nümayəndəliklərində, bələdiyyələrdə soyqırıma həsr olunmuş xatirə gecələri, dəyirmi masalar təşkil olunmuşdur. 26 Fevral tarixində Qusar Mədəniyyət Mərkəzində Xocalı faciəsinin 26-cı ildönümü münasibətilə anım mərasimi keçirilmişdir. Qusar Rayon İcra Hakimiyyəti başçısının, nümayəndə və bələdiyyə sədrlərinin, hüquq mühafizə orqanları rəhbərlərinin, Qarabağ müharibəsi iştirakçılarının, şəhid ailələri üzvləri və rayon ictimaiyyəti fəallarının qatıldıqları tədbirin iştirakçıları Xocalı faciəsi qurbanlarının xatirəsini 1 dəqiqəlik sükütla yad edilib, sonra söz alan natiqlər ermənilərin törətdikləri misli görünməmiş vəhşiliklərin acı nəticəsi olan Xocalı soyqırımı barədə geniş və əhatəli məlumat verdilər. Mərasim iştirakçılarına Qusar Dövlət Ləzgi Dram Teatrı kollektivinin hazırladığı Xocalı faciəsinə həsr edilmiş ədəbi-bədii kompozisiyasa təqdim olunmuşdur. Həmin gün saat 17.00-da Xocalı soyqırımı qurbanlarının xatirəsi rayon ərazisində bir dəqiqəlik sükutla yad olunmuş, şəhər, qəsəbə və kəndlərdə Azərbaycanın dövlət bayraqları endirililmişdir.