Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusarda Novruz Bayramı qeyd olundu

19 mart 2018 | 16:00

16.03.2018-ci il tarixdə səhər saatlarından başlayaraq Qusar şəhərində Novruz Bayramı ilə əlaqədar bayram şənlikləri keçirildi. İlk əvvəl Bahar qızı, kosa və keçəlin iştirakı ilə şəhər ərazisində bayram yürüşü təşkil olundu, sonra ​Bahar qızının Mahmud Əbilov adına mərkəzi meydana daxil olmasıyla mədəniyyət kollektivlərinin, kənd folklor ansambllarının, idmançıların,pəhləvanların hazırladığı maraqlı çıxışları və incəsənət ustalarının rəngarəng ifaları ilə bayram şənliyi davam etdirildi. Rayon rəhbərliyi, idarə və müəssisələrinin, hüquq-mühafizə orqanlarının rəhbərlərinin qatıldığı tədbirdə çoxlu sayda şəhər sakini və şəhərin qonaqları iştirak edirdi.

Keçidlər