Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusarda 31 mart soyqırım qurbanlarının xatirəsi anıldı

02 aprel 2018 | 16:00

Qusarda 30.03.2018-ci il tarixdə 31 mart Azərbaycanlıların soyqırımı qurbanlarının əziz xatirəsi anıldı, saat 10:30-da rayon rəhbərliyi, aidiyyatı qurumlar, ictimaiyyət nümayəndələri Qusar və Quba qəhrəmanların şərəfinə şəhərdə ucaldılmış abidəni ziyarət edərək önündə gül dəstələri düzmüş, saat 11:00-da Heydər Əliyev Mərkəzinin akt zalında 31 mart soyqırım ilə bağlı iclas keçirilmiş, iclasda soyqırım hadisələri ətrafında çıxışlar olunmuş, hadisələrdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, soyqırıma həsr olunmuş sənədli film nümayiş olunmuşdur.

1998-ci il martın 26-da prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayıb. Həmin gündən başlayaraq 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.

 

Keçidlər