Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar şəhərində "XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları" mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir.

28 aprel 2018 | 16:00

26-28 aprel 2018-ci il tarixlərində Qusar şəhərində "XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları" mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir. Konfrans Azərbaycan Milli Akademiyasının, A.A.Bakıxanov adına Tarix İnstitutunun, T.C.Atatürk Araşdırma Mərkəzinin, Türkiyənin Azərbaycandakı  Səfirliyinin və Qusar rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə təşkil olunmuşdur. Konfransa Türkiyə Respublikası, Rusiya Federasiyası, Dağıstan, Kabardin-Balkar, İnquşetiya, Çeçenistan, Adıgey, Şimali Osetiya, Qaraçay-Çərkəs, Tatarıstan, Gürcüstan, Polşa, Albaniya, Özbəkistan, Qazaxıstan, Pakistan, Hindistan və İraqdan nümayəndələr dəvət olunmuş, konfransın işində Azərbaycan respublikası Prezidentinin İctimai-Siyasi Məsələlər üzrə köməkçisi, şöbə müdiri Əli Həsənov, A.A Bakıxanov adına İnstitutunun rektoru Yaqub Mahmudov, Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov və digərləri iştirak etmişdirlər. Konfrans iştirakçıları ilk əvvəl 26 aprel tarixində Ümumilli lider Heydər Əliyevin, elecə də Qanlı Dərədə döyüşlərdə şücaət göstərmiş Qusar və Quba qəhrəmanların şərəfinə ucaldılmış abidəni ziyarət etmiş, sonra Qusar şəhər Mədəniyyət Mərkəzində konfransın açılış iclası, ardınca Qusar Olimpiya İdman kompleksində bölmə iclasları keçirilmiş və aprel ayının 27-si günorta saatlarına kimi davam etdirilmişdir. Aprelin 27-si saat 12:00-da Qusar şəhər Mədəniyyət Mərkəzində bağlanış iclası ilə konfrans işini yekunlaşdırmışdır.
Konfransdan sonra, qonaqlara Qusar rayonu ilə tanışlığı məqsədilə ekskursiya təşkil olunmuş, Qusarın görməli yerlərinə və Şahdağ Turizm Kompleksinə baxış keçirilmişdir. Qonaqlara axşam ziyafətində Qusar rayon İcra Hakimiyyətinin başçısı tərəfindən hədiyyələr və fəxri fərmanlar təqdim olunmuşdur. Aprel ayının 28-də qonaqlar Bakı şəhərinə yola düşmüşdür.

Keçidlər