Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Abadlıq-quruculuq işləri davam etdirilir

15 yanvar 2025 | 17:09
Qusar rayonunda abadlıq-quruculuq işləri davam etdirilir. Bütün sahələrlə yanaşı, yol infrastrukturunun inkişafı istiqamətində də məqsədyönlü işlər görülür. Qusar rayonunda yeni yolların çəkilməsi ilə yanaşı, bərpa işləri həyata keçirilir.
Görülən işlərin davamı olaraq H.Z.Tağıyev küçəsindən Hacı Davud və Bakıxanov küçələrinə gedən küçələrə qum-çınqıl qarışığı tökülərək həm vətəndaşların, həm də nəqliyyat vasitələrinin rahat hərəkəti təmin olunub.
Şəhərin təmizliyinin qorunması da başlıca məqsədlərdən biridir. Kommunal Müəssisələri Kombinatı tərəfindən növbəti iməcilik rayonun Çiləgir kəndinin yolu ətrafında aparılıb. Belə ki, ərazinin məişət tullantıları, alaq otlarından təmizlənməsi işləri həyata keçirilib.
Ətraf mühitin təmizliyinin qorunması məqsədilə iməcilik işlərinin bundan sonra da mütəmadi olaraq həyata keçirilməsi nəzərdə tutulur.
Şəhərin N.Xudaverdiyev, B.Balamətov, Ə.Cavad, C.Əsgərzadə küçələrində gecə işıqlandırma sistemlərinin quraşdırılması işləri yekunlaşmaq üzrədir.
Keçidlər