Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Abadlıq-quruculuq işləri mərhələli şəkildə davam etdirilir

06 avqust 2026 | 18:00
 
Qusar rayonunda əhalinin rahatlığının təmin olunması və şəhər infrastrukturunun müasirləşdirilməsi istiqamətində aparılan abadlıq-quruculuq işləri çərçivəsində rayonun bir sıra mərkəzi və məhəllədaxili küçə və yollarında asfaltlanma işlərinə başlanılıb.
Görülən işlərin əlaqələndirilməsi və həllini tələb edən məsələlərin müzakirəsi məqsədilə Qusar Rayon İcra Hakimiyyətində aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə iclas keçirilib. İclasda rayonda davam edən asfaltlanma və digər abadlıq işlərinin cari vəziyyəti, mövcud problemlər və qarşıda duran vəzifələr ətraflı təhlil olunub.
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov görülən işlərdə keyfiyyət amilinə xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb.
İcra başçısı xüsusi olaraq vurğulayıb ki, asfaltlanma işlərinə keçid yalnız bütün hazırlıq mərhələləri tamamlandıqdan sonra həyata keçirilə bilər. Belə ki, işlərə başlamazdan əvvəl ərazidə mövcud olan bütün yeraltı kommunikasiya şəbəkələri müvafiq qurumlar tərəfindən yenidən qurulmalı, texniki normativlərə uyğunlaşdırılmalı və ya zərurət yaranarsa yenidən çəkilməlidir. Qeyd olunub ki, bu yanaşma gələcəkdə küçələrin təkrar qazılmasının, vəsaitin və zamanın itirilməsinin qarşısını alacaq, görülən işlərin uzunömürlülüyünü təmin edəcək.
Hazırda Qusar rayonunda abadlıq-quruculuq işləri mərhələli şəkildə davam etdirilir. Aparılan işlər rayonun ümumi infrastrukturunun yenilənməsinə, şəhərin müasir görkəm almasına və sakinlərin həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir.
Keçidlər