Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

YAP Qusar Rayon Təşkilatının sədri yubileyi münasibətilə təbrik edildi

06 sentyabr 2025 | 11:29
Sentyabrın 5-də Yeni Azərbaycan Partiyası Qusar Rayon Təşkilatının sədri David İbramxəlilovun 70 illik yubileyi münasibətilə səmimi görüş keçirilib. Görüşdə Qusar Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və bir qrup rayon ziyalısı iştirak ediblər.
Qusar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahid Fərəməzov David müəllimi 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edib, ona özünün, həmçinin Qusar Rayon İcra Hakimiyyəti başçısının təbriklərini çatdıraraq, David İbramxəlilovun uzun illər müxtəlif sahələrdə göstərdiyi səmərəli fəaliyyəti, ictimai-siyasi proseslərdə fəal iştirakı, təşkilatçılıq bacarığı və yüksək şəxsi keyfiyyətləri ilə rayon ictimaiyyəti arasında böyük hörmət qazandığını qeyd edib.
Ardınca yubiley münasibətilə Qusar Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı David İbramxəlilova təqdim olunub.
Qusar Rayon Ağsaqqallar Şurasının sədri Sənan Xəlilov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Qusar Rayon Təşkilatının sədri Faiq Qardaşov, YAP Qusar Rayon Təşkilatının sədr müavini Neva Abdurahmanova, Qusar bələdiyyəsinin sədri Təlim Yarmətov da təbriklərə qoşularaq yubilyara möhkəm can sağlığı və gələcək fəaliyyətində uğurlar arzulayıblar.
David İbramxəlilov ona göstərilən diqqət və qayğıya, səmimi təbriklərə görə Qusar Rayon İcra Hakimiyyətinin başçısı başda olmaqla, bütün görüş iştirakçılarına öz dərin minnətdarlığını bildirib.
Keçidlər