Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Aprelin 27-də Qusar rayonunda görkəmli oftalmoloq, tibb elmləri doktoru, professor Zərifə xanım Əliyevanın doğum günü qeyd olundu

27 aprel 2022 | 14:22

YAP Qusar rayon təşkilatının,Qusar rayon İcra Hakimiyyətinin və səhiyyə işçiləri ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə Rayon Mərkəzi Xəstəxanasında görkəmli oftalmoloq, Azərbaycanın əməkdar elm xadimi, tibb elmləri doktoru,professor,Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın anadan olmasının 99 illiyi münasibətilə tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov açmış və qeyd etmişdir ki,Zərifə xanım Əliyevanın zəngin elmi irsi,oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar,qazandığı nailiyyətlər,yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr kimi yazılıb.Natiq daha sonra bildirib ki,Zərifə xanım Əliyeva müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu,ömrünüVətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin,ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı,sədaqətli dostu, etibarlı silahdaşı olub.Vaxtilə siyasi və dövlət xadimi Əziz Əliyevin ailəsində görüb-götürdükləri ölkənin birinci şəxsinin xanımı olduğu zamanlarda köməyinə çatıb.Təşkilatın sədri əlavə edib ki,Zərifə xanım Əliyeva Azərbaycan xalqına 44 günlük Vətən müharibəsinin şəriksiz müəllifi,Qarabağın xilaskarı,ata vəsiyyətini yerinə yetirən Prezident İlham Əliyevi bəxş edib.Tədbirdə çıxış edən Qusar rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru vəzifəsini icra edən Kamran Paşayev, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının baş məsləhətçisi Kəmalə Qliçova, Səhiyyə işçiləri ərazi partiya təşkilatının sədri Natəvan Butayeva, rayon Heydər Əliyev mərkəzinin direktoru Neva Abdurahmanova,rayon Mərkəzi Xəstəxananın oftalmoloqu Gülər Musayeva görkəmli alim,ən ülvi,nəcib dəyərləri özündə yaşadan Azərbaycan qadını ləyaqətli,humanist,xeyirxah,mehriban insan Zərifə xanım Əliyeva haqqında öz fikirlərini söyləmiş, onun mənalı ömrü, keçdiyi şərəfli həyat yolu bu gün də, gələcəkdə də hər bir alim və həkim, hər bir Azərbaycan vətəndaşı üçün əsl həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbinin oldüğünu söyləmişlər. Qeyd olunmuşdur ki,Zərifə xanım Əliyevanın işıqlı xatirəsi bundan sonra da gələcək nəsillər tərəfindən minnətdarlıqla yad ediləcəkdir.

Keçidlər