Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Atluxan kəndində səyyar qəbulu keçirilmişdir

22 dekabr 2023 | 16:03

Qusar rayonun Atluxan kənd sakinləri kənddə görülmüş işləri qeyd etməklə yanaşı, həlli vacib məsələləri də rayon rəhbərliyinin diqqətinə çatdırmışdır. Sakinlər yay aylarında suvarma su təminatında yaranan çətinliklərin aradan qaldırılması, kəndə təbbi qazın verilməsi, kəndi Quba-Xudat avtomobil yoluna birləşdirən yolun təmir edilməsi, yararsız elektrik dirəklərinin və elektrik verilişi xətlərinin yeniləri ilə  əvəz olunması, köhnəlmiş içməli su xətlərinin dəyişdirilməsi, telefon və internetlə təmin olunması və digər məsələlərin həllinə köməklik göstərilməsi barədə məsələləri qaldırmışdır. Vətəndaşlar tərəfindən qaldırılan məsələlər dinlənilmiş, bir sıra məsələlərə müvafiq izahat verilmiş, ötən müddət ərzində həll olunan məsələlər sakinlərin diqqətinə çatdırılmış, qaldırılan  problemlərin həlli üçün əlaqədar idarə və təşkilat rəhbərlərinə tapşırıqlar verilmişdir. Qəbulda kənd sakinləri ilə yanaşı RİHB Aparatının əməkdaşları, idarə və müəssisələrinin rəhbərləri də iştirak etmişdir.

Keçidlər