Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Avaran kəndində həyata keçirilən su layihəsinin icrası ilə bağlı görülən işlərə baxış keçirilib

13 mart 2025 | 17:16
 
Uzun illərdir ki, Avaran kəndində içməli suyun çatışmazlığı ilə bağlı problem yaşanır. Sakinlər məişətdə və suvarma məqsədilə Cağar-Cibir su kanalından açıq arx vasitəsilə kəndə gətirilən kiçik həcmli hovuzda toplanan sudan istifadə edirlər. Mövcud problemin aradan qaldırılması üçün Heydər Əliyev fondunun sifarişi və BP-nin maliyyə dəstəyi ilə Avaran kəndinin içməli su təchizatının yaxşılaşdırılması layihəsinin həyata keçirilməsinə başlanılmışdır.
Avaran kəndinin su ilə təchiz olunması üçün nəzərdə tutulan pilot layihə çərçivəsində kənddə olan 388 evdən birinci mərhələdə 118-nə su xətlərinin çəkilməsi və sayğacların quraşdırılması nəzərdə tutulur. Bu məqsədlə layihə çərçivəsində 10000 m3 həcmində su tutarının yaradılması, onun yaxınlığında nasosxana və filterləmə stansiyasının tikilməsi, dəmir çənlərin və filterləmə sisteminin quraşdırılması nəzərdə tutulub. Həmçinin mühafizəni 3 mərhələli təmin etmək məqsədilə ərazi çəpərlənəcək, qurğu və avadanlıqların elektrik təchizatı üçün elektrik xətləri çəkilərək, transformator quraşdırılacaqdır.
Martın 12-də Qusar rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, RİH başçısı Aparatının məsul şəxsləri rayonun Avaran kəndində su təchizatı layihəsinin həyata keçirilməsi vəziyyəti ilə tanış olublar. Podratçı təşkilatın rəhbəri layihə haqqında geniş məlumat verərək bildirmişdir ki, layihənin həyata keçirilməsi nəticəsində daha çox su ehtiyatına qənaət olunacaq, kənd sakinlərinin təmiz suya olan tələbatı ödəniləcəkdir.
Keçidlər