Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Azərbaycan idmanının canlı əfsanəsi – Əhməddin Rəcəbli 80 yaşında

10 avqust 2025 | 17:01
Azərbaycan idmanının inkişafında müstəsna xidmətləri olmuş, “Əməkdar məşqçi”, “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adlarına, eləcə də “Şöhrət” ordeninə layiq görülmüş görkəmli mütəxəssis Əhməddin Rəcəbli ömrünün 80-ci ildönümünü qeyd edir.
Əhməddin Rəcəbli uzun illər ərzində gənc idmançıların peşəkar səviyyədə yetişdirilməsi, idman ənənələrinin möhkəmləndirilməsi istiqamətində yorulmaz fəaliyyət göstərmişdir. Onun rəhbərliyi altında yetişən idmançılar beynəlxalq yarışlarda qazandıqları qələbələrlə Azərbaycanı layiqincə təmsil etmiş, ölkəmizin idman şöhrətinə töhfə vermişlər.
Bu əlamətdar yubiley münasibətilə hörmətli Əhməddin müəllimi səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun və firavan ömür, ailə səadəti arzulayırıq. Sizin idman sahəsində zəngin təcrübəniz, yüksək peşəkarlığınız və vətənpərvərlik mövqeyiniz hər zaman gənclərimiz üçün nümunə olaraq qalacaqdır.
Keçidlər