Azərbaycan Qadınlarının VI Qurultayı ilə əlaqədar Qusar rayonunda konfrans keçirilib.
11oktyabr 2023-cü il tarixdə Qusar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Qadınlarının VI Qurultayı ərəfəsində Qusar rayon qadınlarının konfransı keçirilib.Konfransda Rayon İcra Hakimiyyəti başçısının müavini Zoya Eldarova,YAP Qusar rayon təşkilatının sədr müavini Neva Abdurahmanova, şəhid anaları, müxtəlif sferalarda çalışan bir qrup fəal qadın və gənclər iştirak ediblər.
Konfrans öncəsi Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, respublikamızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Konfransıı giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini Zoya Eldarova qeyd edib ki,Azərbaycan Qadınlarının I Qurultayından 25 il ötür və bu mötəbər tədbirdə gələcəyin qadın hərəkatının əsası qoyularaq cəmiyyət həyatında, ictimai-siyasi proseslərdə qadınların rolu əhəmiyyətli dərəcədə artmışdır.YAP Qusar rayon təşkilatının sədr müavini Neva Abdurahmanova Ulu Öndər Heydər Əliyevin Azərbaycan qadınına verdiyi dəyərdən bəhs edərək ölkəmizdə dövlət qadın siyasətinin Prezident İlham Əliyev,Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla həyata keçirildiyini vurğuladı.Sonra Azərbaycan Qadınlarının l Qurultayının nümayəndəsi olmuş Zalikə Qayıbxanova,gənc fəallardan Lamiyə Abdullayeva,Samirə Qasımova mövzu ilə bağlı çıxışlar etdilər.Tədbirdə ölkəmizdə gender siyasətinin gücləndirilməsi,qadınların cəmiyyətdə rolunun yüksəldilməsi və digər aktual mövzular ətrafında müzakirələr aparılıb,iştirakçıların təklifləri dinlənilərək,Azərbaycan Qadınlarının Vl Qurultayına nümayəndələr seçilib.