Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Azərbaycan Region Liqası üzrə yarışlar davam edir

30 mart 2025 | 17:27

Regionlarda futbola marağın artırılması, region komandalarının inkişafına dəstək göstərilməsi, sağlam həyat tərzinin təbliği, kütləviliyin artırılması məqsədilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən həvəskarlardan ibarət komandalar arasında AFFA Region Liqası keçirilir.
Liqanın iki oyunu Qusar rayonunun Şirvanlı və Mucuqoba kəndlərində baş tutmuşdur. Belə ki, Şirvanlı kəndində A qrupu üzrə Paytaxt və Şimal regionunu təmsil edən Atidel PFK və Qusar rayonunun Şirvanovka FK komandaları qarşılaşmış, hələ ki, keçirdiyi 4 oyunu udaraq qrupda birinci yeri tutan Şirvanovka FK komandası 2:0 hesabı ilə qələbə qazanmağa müvəffəq olmuşdur.
Rayonun Mucuqoba kəndində C qrupu üzrə Paytaxt və Şimal regionunu təmsil edən Gənclik Bakı FK və Xudat City FA komandaları arasında baş tutan oyun isə 2:2 hesabı ilə yekunlaşmışdır.
Qeyd edək ki, davam etməkdə olan AFFA Region Liqasının qalibi olan komanda II Liqada iştirak etmək hüququ qazanacaq.

Keçidlər