Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində Qusar rayonunda maarifləndirmə və təşviqat tədbirləri davam etdirilir

24 oktyabr 2026 | 10:48
“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Qusar Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş rayon üzrə iş planında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi istiqamətində maarifləndirmə və təşviqat işləri aparılır.
İş planına uyğun olaraq, tədbirlərin icrası üzrə yaradılmış əlaqələndirmə qrupları tərəfindən rayonun Əniq, Xuray, İmamqulukənd, Gədəzeyxur, Quxuroba, Kuzunqışlaq, Hil, Yasab, Zindanmuruq və Avaran kəndlərini əhatə edən inzibati ərazi dairələri üzrə nümayəndəliklərin ərazisində Aqrar Sığorta Fondunun nümayəndələrinin də iştirakı ilə fermer və sahibkarlarla görüşlər keçirilib.
Dövlət Proqramının mahiyyətinin fermer və sahibkarlara çatdırılması, dövlət dəstəyi mexanizmləri barədə məlumatlılığın artırılması, aqrar sahədə müasir yanaşmaların təşviqi və Qusar rayonu üzrə müəyyən edilmiş tədbirlərin səmərəli icrasına dəstək göstərilməsi məqsədilə keçirilən görüşlər zamanı Dövlət Proqramının əsas məqsəd və vəzifələri, aqrar sahənin inkişafı üzrə müəyyən edilmiş prioritetlər, Qusar rayonu üzrə iş planında nəzərdə tutulan tədbirlər, onların icra vəziyyəti və qarşıda duran vəzifələr barədə məlumat verilib.
Bununla yanaşı, Aqrar Subsidiya Şurasının qərarlarında edilmiş dəyişikliklər, kənd təsərrüfatı istehsalçılarına tətbiq olunan subsidiya mexanizmləri, dövlət dəstəyi və aqrar sığorta imkanları, eləcə də Dövlət Proqramının icrasından gözlənilən nəticələr fermer və sahibkarların diqqətinə çatdırılıb. Görüşlər zamanı iştirakçıların sualları cavablandırılıb, onların təklifləri və qarşılaşdıqları çətinliklər dinlənilib.
Dövlət Proqramının icrası çərçivəsində fermer və sahibkarlarla maarifləndirmə və təşviqat tədbirlərinin rayonun digər yaşayış məntəqələrində də davam etdirilməsi nəzərdə tutulmuşdur.
Keçidlər