Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 106-cı ildönümü münasibətilə tədbir keçirilib

15 avqust 2025 | 19:48

Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 106-cı ildönümü münasibətilə avqust ayının 13-də Dövlət Sərhəd Xidmətinin "Xudat" Sərhəd Dəstəsinin "Samur" sərhəd zastavasında Qusar rayon İcra Hakimiyyətinin Başçısı Sahir Məmmədxanovun, rayon Hüquq-mühafizə orqanlarının rəhbərlərinin, ziyalıların və ağsaqqalların iştirakı ilə tədbir keçirilmişdir. Dovlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Təntənəli tədbirdə Hərbi hissə komandiri polkovnik Zaur Qasımov giriş sözü ilə çıxış etmişdir. Qeyd edilmişdir ki, Müstəqil dövlətimizin qurucusu Ulu Öndər Heydər Əliyevin milli inkişaf konsepsiyasını uğurla davam etdirən, tariximizin ən böyük sərkərdəsi, Zəfər və qəhrəmanlıq simvolu olan Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən döyüş əməliyyatları Azərbaycan xalqının tarixi qələbəsi ilə başa çatmış, ölkəmizin ərazi bütövlüyü tam bərpa olunmuşdur. Sonra Qusar rayon İcra Hakimiyyətinin Başçısı hörmətli Sahir Məmmədxanov çıxışında sərhədlərimizin keşiyində dayanan bütun sərhədçiləri Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 106-cı ildönümü münasibətilə təbrik etmiş. Müzəffər Ali Baş Komandan cenab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində əldə olunmuş qələbədə sərhədçilərin rolunu xüsusi vurğulamışdır. Dövlət Sərhəd Xidmətinin yaradıcısı Ulu Öndər Heydər Əliyevin və onun siyasi irsinin davamçısı, Azərbaycan tarixinin ən böyük sərkərdəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında çətin və şərəfli inkişaf yolu keçərək güclü sərhəd mühafizə infrastrukturuna, peşəkar kadrlara, müasir silah-texnikaya malik olan, iqlim və relyefindən asılı olmayaraq Vətənimizin quru ve su sərhədlərini sayıqlıqla qorumağa qadir olan bir qurum kimi qeyd etmişdir. Təntənəli tədbir Azərbaycan Sərhəd Mühafizəsinin yaranma tarixi və inkişaf mərhələləri barədə sənədli filminin nümayişi və Qusar rayon özfəaliyyət kollektivinin konsert proqramı ile başa çatmışdır. Tədbirdə iştirak edən rəsmi qonaqlar hərbi qulluqçuları təltif edərək, qiymətli hədiyyə təqdim etmiş, sərhəd zastavasında yaradılmış şəraitlə tanış olaraq əsgərlərlə birlikdə bayram süfrəsi arxasında nahar etmişlər.

Keçidlər