Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

“Azərbaycan – sülh və tolerantlıq məkanı” mövzusunda tədbir keçirilib

11 sentyabr 2026 | 17:52
Sentyabrın 8-də Qusar Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Şimal regional mərkəzinin və Qusar Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə Qusar Rayon Mərkəzi Kitabxanasında “Azərbaycan – sülh və tolerantlıq məkanı” mövzusunda tədbir keçirilib.
Tədbirdə RİHB Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Kamran Sədullayev, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Şimal Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Rayon Polis Şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun inspektoru, polis-leytenantı Ülviyyə Çingizzadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin müdir müavini Fərid Məmmədov, Rayon Mərkəzi Kitabxanasının direktoru Gültəkin Pənahova və mədəniyyət müəssisələrinin əməkdaşları iştirak ediblər.
Tədbir 21 sentyabr – Beynəlxalq Sülh Günü münasibətilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan edilmiş “Sülh Aylığı” çərçivəsində təşkil olunub. Cari ilin 21 avqust – 21 sentyabr tarixlərini əhatə edən “Sülh Aylığı”nın əsas məqsədi sülhün və insan hüquqlarının qarşılıqlı əlaqəsi barədə ictimai məlumatlılığın artırılması, cəmiyyətdə qarşılıqlı hörmət və etimad mühitinin gücləndirilməsi, dialoq və anlaşma imkanlarının genişləndirilməsi, eləcə də sülh və insan hüquqları mədəniyyətinin daha da möhkəmləndirilməsidir.
Tədbirdə çıxış edən natiqlər sülhün yalnız münaqişələrin və qarşıdurmaların olmadığı bir vəziyyət deyil, eyni zamanda insan hüquqlarına və azadlıqlarına hörmətin, qarşılıqlı anlaşma və həmrəyliyin, dözümlülük və dialoq mədəniyyətinin hakim olduğu ictimai mühitin mühüm şərti olduğunu diqqətə çatdırıblar. Qeyd olunub ki, davamlı sülhün təmin olunması cəmiyyətdə fərqli düşüncələrə, dini və mədəni müxtəlifliyə hörmətlə yanaşılmasını, insanların hüquq və azadlıqlarının etibarlı şəkildə qorunmasını, qarşılıqlı etimad və əməkdaşlığın gücləndirilməsini tələb edir.
Azərbaycanın tarixən müxtəlif xalqların və dini konfessiyaların nümayəndələrinin dinc yanaşı yaşadığı məkan kimi tanındığı vurğulanaraq, ölkəmizdə formalaşmış tolerantlıq mühitinin cəmiyyətin mühüm mənəvi dəyərlərindən biri olduğu bildirilib.
Çıxışlarda həmçinin cəmiyyətdə sülh mədəniyyətinin formalaşdırılmasında maarifləndirici tədbirlərin, xüsusilə gənc nəslin bu istiqamətdə məlumatlandırılmasının vacibliyi vurğulanıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.
Keçidlər