Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Azərbaycan Televiziyasının nümayəndə heyəti ictimaiyyət nümayəndələri ilə görüşüb

01 mart 2025 | 09:41
Fevralın 28-də Qusar rayon Şəfa İstirahət Mərkəzində Azərbaycan Televiziyasının (Aztv) nümayəndə heyəti rayon ictimaiyyəti ilə görüşüb. Görüşdə dövlət və özəl televiziya kanallarının fəaliyyəti ilə bağlı təklif və iradlar dinlənilib, ictimai rəy öyrənilib.
Görüş iştirakçıları təhsil və tarixi mövzularda, şəhidlərimizə və Vətən müharibəsi iştirakçılarına həsr olunmuş proqramları daha çox efir məkanında görmək istədiklərini qeyd ediblər. Televiziyanın tərbiyəvi əhəmiyyətinin daha çox artırılmasının vacibliyini qeyd edərək onun milli dəyərlərin qorunub saxlanmasının, etnik mədəniyyətin təbliğinin əsas vasitəsi kimi qiymətləndiriblər.
Görüşdə həmçinin Azərbaycan Televiziyasının nəzdində fəaliyyət göstərən "Teleradio Akademiyası" nın fəaliyyəti bağlı məlumat verilib.
Keçidlər