Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun xatirəsi yad edilib

29 dekabr 2025 | 16:57
Dekabrın 29-da Qusar şəhərində Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun anım mərasimi keçirilib. Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, RİH başçısı Aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və digər rəsmilər, şəhidin atası Salman Qurbanov Çingiz Qurbanovun Qusar şəhər Şəhidlər Xiyabanında yerləşən məzarını ziyarət ediblər. Məzarı önünə tər güllər düzülərək şəhidin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Anım mərasiminin davamında şəhidin ailəsinin evində təşkil olunan ehsan süfrəsində iştirak edilib. Şəhidin ruhuna dualar oxunub, icra başçısı şəhid ailəsinin qayğıları ilə maraqlanıb.
Çingiz Qurbanov 1994-cü il noyabrın 24-də Qusar rayonunun Həzrə kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra təhsilini Azərbaycan Texniki Universitetində davam etdirmişdir. 2016-cı ildə həmin universitetin məzunu olan Çingiz Qurbanov iyul ayında həqiqi hərbi xidmətə yollanmış, 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən şəhid olmuş, Bakıda təntənəli vida mərasimi keçirildikdən sonra fevralın 6-da doğulduğu Qusar şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir. Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi igidliyə görə əsgər Çingiz Qurbanova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi barədə Sərəncam imzalamışdır. Şəhidin adı Qusar şəhərində bir küçəyə və Həzrə kəndində vaxtilə təhsil aldığı tam orta məktəbə verilmişdir.
Keçidlər