Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

“Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev Qusar rayonunda vətəndaş qəbulu keçirib

26 may 2026 | 19:22
 
Mayın 26-da “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev Qusar rayonunda Quba və Qusar sakinlərinin qəbulunu keçirib. Qəbuldan əvvəl “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev və Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək, əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Heydər Əliyev Mərkəzində keçirilən qəbulda vətəndaşların müraciət və təklifləri dinlənilib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun operativ şəkildə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.
Keçidlər