Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin hazırlayıb nəşr etdiyi Kitablarının təqdimat mərasimi
22.12.2022-ci il tarixdə Qusar rayon Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin hazırlayıb nəşr etdiyi "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları"və "Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları"kitablarının təqdimat mərasimi keçirilmişdir.Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Hacıyev açaraq Azərbaycanın mədəni müxtəlifliyinin dünyaya bir nümunə olduğunu,multikultural dəyərlərin Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideoloğiyası əsasında daha da geniş vüsət aldığını və Prezident İlham Əliyevin bu sahəyə olan böyük diqqətini vurğuladı. YAP Qusar rayon təşkilatının sədr müavini Neva Abdurahmanova çıxış edərək bildirdi ki,böyük əmək sərf edilərək ərsəyə gəlmiş bu kitablar Azərbaycan multikulturalizminin ədəbiyyat və mədəniyyət müstəvisində öyrənmək,elmi-fəlsəfi cəhətdən təhlil etməkdən ötrü mükəmməl bir mənbədir."Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları"kitabı haqqında rayon Tarix Diyarşünaslıq Muzeyinin direktoru Xatirə Nağıbəyova təqdimat iştirakçılarına bildirdi ki,ən qədim zamanlardan başlayaraq XX əsrin əvvəllərinə qədər böyük bir dövrün folklor abidələrinin və yazılı ədəbiyyatın yer aldığı kitabda böyük mütəfəkkirlərimizin birgə yaşayışı,etnik mənsubiyyıtindən asılı olmayaraq cəmiyyətdə başlayan dialoqlar,qarşılıqlı etimad,həmrəylik haqqındakı çağırışların ana xətt olduğunu vurğuladı.Rayon MKS-nin direktoru Zahir Mustafayev "Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqlarl"kitabında filosofların həyat tərzinin və dini görüşlərinin müxtəlifliyinin təzahüründən misallar gətirdi.Təqdimat maraqlı diskusiyalarla davam etdi.