Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Baş prokuror Qusarda vətəndaşları qəbul edib

20 iyul 2024 | 15:57

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq bütün dövlət qurumları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür.
İyulun 19-da Baş prokuror Kamran Əliyev Qusar rayon prokurorluğunun inzibati binasında Qusar, Quba, Xaçmaz rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl Baş prokuror Kamran Əliyev, Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Rayon prokuroru Elxan Əbdürrəhimov xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra Baş prokuror tərəfindən vətəndaşların müraciətləri dinlənilib, qaldırılan problemlərin aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Keçidlər