Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Bayram günlərində Qusar şəhərində konsert proqramları baş tutmuşdur

11 noyabr 2025 | 09:50
Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi, Qusar Rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə General Mahmud Əbilov adına Şəhər Mərkəzi Meydanında 8 və 9 noyabr tarixlərində – iki gün ardıcıl olaraq, 8 Noyabr – Zəfər Günü, 9 Noyabr – Dövlət Bayrağı Günü və 12 Noyabr – Konstitusiya Günü münasibətilə bayram konserti keçirilmişdir.
Konsert proqramında rayonun mədəniyyət nümayəndələri, bədii özfəaliyyət kollektivləri və gənc ifaçılar çıxış edərək, vətənpərvərlik ruhunda mahnılar səsləndirmiş, rəqs nümunələri və musiqi nömrələri təqdim etmişlər. Bayram ab-havasında keçən konsert proqramı Qusar sakinləri və şəhərin qonaqları tərəfindən böyük maraq və rəğbətlə qarşılanmışdır.
Keçidlər