Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Bədişqala kənd sakinləri ilə səyyar qəbul keçirilib

18 mart 2025 | 18:24
Qusar rayon İcra Hakimiyyəti vətəndaş məmnunluğunun təmin edilməsi, qaldırılan məsələlərin həllinə obyektiv yanaşılması, problemlərin həlli ilə bağlı əlverişli mexanizmlərin təklif edilməsi istiqamətində bütün mümkün addımları atır.
Qusar rayon İcra Hakimiyyəti başçısının vətəndaşları narahat edən məsələləri yerində öyrənmək və həllinə nail olmaq məqsədilə həyata keçirilən növbəti səyyar qəbul rayonun Bədişqala kəndində baş tutub.
Qəbulda RİH başçısı Aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, yerli idarə və təşkilatların rəhbərləri, ərazi icra nümayəndəsi və kənd sakinləri iştirak ediblər.
Görüşdə sakinlərin kənddaxili yolların təmiri, içməli və suvarma suyunun çatışmazlığı, yeni salınan məhəllələrə qaz xəttinin çəkilməsi, kənd klub binasının və stadionun təmiri, məktəbin yaxınlığında, asfalt yolda piyada səkilərinin quraşdırılması və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.
Səsləndirilən müraciətlərin icrası nəzarətə götürülüb, sakinlərə qanunamüvafiq izahatlar verilib.
Sakinlər sərbəst müraciət etmək hüquqlarının tam təmin olunduğu səyyar qəbuldan məmnunluqlarını ifadə edib, onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Keçidlər