Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Bələdiyyə seçkisinin təşviqat kampaniyasına start verilib

07 yanvar 2025 | 19:15

Yanvarın 6-dan başlayaraq Azərbaycanda bələdiyyə seçkiləri üzrə təşviqat kampaniyasına start verilib.

“Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı”na əsasən aparılan təşviqat kampaniyası yanvarın 28-dək davam edəcək.

Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri qanunamüvafiq qaydada təşviqat  apara bilərlər.

Bələdiyyə seçkilərində Qusar rayonunda 118 yer uğrunda müxtəlif siyasi partiyaların və öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş 61 saylı Qusar və 60 saylı Quba-Qusar DSK-lar üzrə ümumilikdə 270 namizəd mübarizə aparacaq. Seçki kampaniyasının əsas mərhələlərindən biri olan namizədlərin seçkiqabağı təşviqatı istiqamətində işlər aparılır.

"Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq,  Qusar Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə Bələdiyyə seçkiləri ilə əlaqədar qeydə alınmış namizədlər, siyasi partiyalar və siyasi partiyaların blokları tərəfindən vətəndaşlarla görüşlərin keçirilməsi üçün, rayon ərazisində 29 qapalı və 90 açıq olmaqla ümumilikdə 119 yer ayrılmışdır. Bu barədə məlumatlar RİH-nin rəsmi saytında və sosial şəbəkələrdə yerləşdirilmişdir. Seçici siyahılarının dəqiqləşdirilməsi işləri davam etdirilir, seçki mənqələrinin monitorinqi aparılır.

Keçidlər