Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Bir qrup şəhidimiz ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir

30 iyun 2026 | 15:23
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin 25 iyun 2026-cı il tarixli müvafiq Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, suverenliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda, habelə hərbi vəzifələrini yerinə yetirərkən göstərdikləri yüksək peşəkarlığa, igidliyə, şücaətə və fədakarlığa görə Qusar rayonundan da olan bir qrup şəhidimiz ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Bu ali dövlət təltifi Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinə göstərilən yüksək dövlət ehtiramının, onların xalq və dövlət qarşısındakı misilsiz xidmətlərinə verilən ali dəyərin ifadəsidir. Şəhidlərimizin şərəfli ömür yolu, Vətənə sonsuz sədaqəti, döyüş meydanında nümayiş etdirdikləri mərdlik və sarsılmaz iradə Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinin ayrılmaz hissəsinə çevrilmişdir. Onların müqəddəs xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, göstərdikləri qəhrəmanlıq isə gələcək nəsillər üçün Vətənə məhəbbətin, dövlətə sədaqətin və milli həmrəyliyin ən ali nümunəsi olaraq qalacaqdır.
Şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anır, onların valideynlərinə, ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyirik. Azərbaycan dövləti və xalqı öz qəhrəman övladlarının xatirəsini daim uca tutur, onların əziz xatirəsini sonsuz minnətdarlıq hissi ilə yad edir.
Keçidlər