Birinci Qarabağ müharibəsi şəhidi Qasim Əliyevin xatirəsi yad edilmişdir
14 oktyabr 2026 | 17:26
Oktyabrın 13-də Birinci Qarabağ müharibəsi şəhidi Əliyev Qasim Qulu oğlunun anım günü ilə əlaqədar Qusar şəhər Şəhidlər xiyabanında Qusar Rayon İcra Hakimiyyətinin Urva kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, şəhidin ailə üzvləri və yaxınları, məktəb kollektivi tərəfindən şəhidin məzarı ziyarət olunmuş, daha sonra Qusar şəhərində şəhidin ailəsinin yaşadığı evdə ehsan süfrəsi təşkil edilmişdir.
1966-cı ilin fevralın 20-də Qusar şəhərində anadan olmuş Qasim Əliyev Vətənin müdafiəsi uğrunda gedən döyüşlərdə Quru Qoşunlarının əsgəri kimi iştirak etmiş, 1992-ci ilin oktyabrın 13-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.






