Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

“Bizim.Media” informasiya portalının 5 illiyi münasibətilə Qusar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının təbriki

03 oktyabr 2025 | 17:50
Azərbaycan dövləti media və informasiya sahəsini milli inkişaf strategiyasının prioritet istiqamətlərindən biri kimi müəyyən etmiş, ölkədə peşəkar, müstəqil və etibarlı jurnalistikanın inkişafı üçün ardıcıl tədbirlər həyata keçirir. Dövlətin təşəbbüsü ilə kütləvi informasiya vasitələrinin maddi-texniki bazası gücləndirilir, media nümayəndələrinin peşəkarlığının artırılması məqsədilə təlimlər təşkil olunur. Bu tədbirlər, yalnız medianın fəaliyyətini dəstəkləmək deyil, həm də ictimaiyyətin obyektiv və dəqiq məlumatlarla təmin olunmasını, cəmiyyətin maarifləndirilməsini və milli həmrəyliyin möhkəmlənməsini təmin edir.
Bu il informasiya məkanında öz dəsti-xətti ilə seçilən “Bizim.Media” informasiya portalı fəaliyyətinin 5 illiyini qeyd edir. Portalın peşəkar jurnalistikaya, operativ və obyektiv xəbərlərə sadiqliyi onu oxucular arasında, həm ölkə daxilində, həm də beynəlxalq informasiya məkanında etibarlı informasiya mənbəyinə çevirmişdir.
Qeyd etmək yerinə düşər ki, “Bizim.Media”, eyni zamanda Qusar rayonu ilə bağlı hadisələri işıqlandırmaqda aktivdir. Rayon həyatının ictimai, sosial və mədəni tərəflərini diqqətlə izləyən portal, oxuculara doğru, operativ və obyektiv məlumat təqdim etməklə bölgədə informasiya mədəniyyətinin yüksəlməsinə mühüm töhfə verir.
Qusar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının adından informasiya portalının rəhbərliyi başda olmaqla, bütün kollektivini səmimi qəlbdən təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzu edirik. Əminik ki, Qusar Rayon İcra Hakimiyyətinin “Bizim.Media” ilə olan əməkdaşlığı gələcəkdə də daha geniş layihələr və informasiya təşəbbüsləri ilə davam edəcək.
Keçidlər