Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Böyük yolun müzəffər davamçısı

22 dekabr 2022 | 17:21

Qusar rayon Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyətinin və YAP Qusar rayon təşkilatı tərəfindən "Böyük yolun müzəffər davamçısı"mövzusunda İlham Əliyevin 19 illik prezidentlik fəaliyyətinə həsr olunmuş konfrans keçirilib.Konfransı giriş məruzəsi ilə YAP Qusar rayon təşkikatının sədri David İbramxəlilov açaraq Prezident İlham Əliyevin gələcəyə hesablanmlş dövlət siyasətinin vacib məqamları haqqında ətraflı məlumat verdi.Təşkilatın sədri dövlət başçısı,YAP -ın sədri,güclü lider İlham Əliyevin daxili və xarici siyasətdəki uğurları, liderlik keyfiyyətləri, dünyada və ölkəmizdə artan nüfuzunun obyektiv səbəblərini izah edib. Prezident,Ali Baş Komandan və Zəfər səlnaməsini yazmış tarixi sərkərdə olaraq Prezident İlham Əliyevə olan ümumxalq rəğbətin əsasında dayanan faktların geniş izahı verildi.Konfransda çıxış edən Kənd təsərrüfatı işçiləri ƏPT-nın sədri Rauf Minhacov,Qusar şəhər 1 saylı orta məktəbin təşkilatçısı Rəna Cəfərova,Qarabağ müharibəsi əlilləri veteranları və şəhid ailələri ictimai birliyinin Qusar filialının sədri Canəli Hörmətov,Qusar rayon Heydər Əliyev Mərkəzinin direktor əvəzi Lalə Kərimova Prezident İlham Əliyevin rəhbərliyi ilə görülmüş genişmiqyadlı işlər,sistemli və ardıcıl tədbirlər,dərin islahatlar nəticəsində Azərbaycanın sabit,təhlükəsiz ölkə,regionun siyasi,iqtisadi və mədəni mərkəzinə çevrildiyini qeyd etdilər.Tədbir vətənpərvərlik mahnılarından ibarət konsert proqramı ilə başa çatdı.

 

Keçidlər