Cibir kənd tam orta ümumtəhsil məktəbində 8 Noyabr – Zəfər Gününə həsr edilmiş tədbir keçirilib
06 noyabr 2026 | 16:00
8 Noyabr Azərbaycan xalqı üçün sadəcə təqvimdəki bir tarix deyil. Bu, 30 illik həsrətin sona çatdığı, torpaqlarımızın işğaldan azad edildiyi tarixi gündür. 44 günlük Vətən müharibəsində qazanılan Zəfər xalqımızın tarixinə qızıl hərflərlə yazıldı.
Zəfər Gününün ildönümü münasibətilə noyabrın 6-da Cibir kənd tam orta ümumtəhsil məktəbində tədbir keçirilib.Tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Çıxışlarda qeyd olunub ki, Zəfərə aparan yol asan olmayıb. Bu yol torpaqlarımızın azadlığı uğrunda gedən ağır döyüşlərdən keçib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, Azərbaycan Ordusunun peşəkarlığı və şücaəti, arxa cəbhədə xalqımızın sarsılmaz birliyi bu tarixi Qələbəni mümkün edib. Vurğulanıb ki, şəhidlərimizin qanı ilə qazanılan Zəfər bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işlərində, Böyük Qayıdışda, doğma yurdlarına qayıdan ailələrin sevincində yaşamağa davam edir. Bu gün işğaldan azad edilmiş torpaqlarımızda dalğalanan üçrəngli Bayrağımız Zəfərin ən böyük rəmzidir. Tədbir ədəbi-bədii kompozisiya ilə davam etdirilib.






