Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Cibir kəndində RİH başçısının səyyar qəbulu keçirilmişdir

18 dekabr 2025 | 18:36
Rayon rəhbərliyi tərəfindən yerlərdə mütəmadi olaraq keçirilən səyyar qəbullar zamanı sakinlərin problem və təkliflərinin dinlənilməsi, müvafiq qurumların iştirakı ilə məsələlərin ətraflı müzakirə olunması və həlli yollarının müəyyənləşdirilməsi təmin edilir.
Qusar Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu rayonun Cibir kəndində baş tutmuşdur. Səyyar qəbulda həmçinin RİH başçısı Aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, kənd sakinləri iştirak ediblər. Qəbuldan əvvəl rayon icra hakimiyyətinin başçısı və hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri tərəfindən Cibir kəndində yerləşən şəhidlərin xatirə lövhəsi ziyarət edilmişdir. Xatirə lövhəsinin önünə gül dəstələri düzülərək, Vətən uğrunda canlarından keçmiş qəhrəmanların əziz xatirəsi ehtiramla yad edilmişdir.
Səyyar qəbul zamanı Cibir kənd sakinləri tərəfindən bir sıra aktual məsələlər ilə bağlı müraciətlər səsləndirilmişdir. Belə ki, kənddə məktəbəqədər təhsilə əlçatanlığın təmin edilməsi məqsədilə uşaq bağçasının tikilməsi, qəzalı vəziyyətdə olan elektrik dirəkləri və xətlərinin yenilənməsi, məktəbə artezian quyusunun quraşdırılması, fərdi yaşayış evinə işıq xətlərinin çəkilməsi, işlə təminat və digər məsələlər sakinlərin müraciətləri arasında yer almışdır. Qəbul zamanı həmçinin kəndin küçələrinə və məktəbin sinif otaqlarına Cibir kəndindən olan şəhidlərimizin adlarının verilməsi ilə bağlı təkliflər səsləndirilmiş, bu təşəbbüsün gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından əhəmiyyəti vurğulanmışdır.
Sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilmiş, bir sıra məsələlərlə bağlı müvafiq izahat verilmiş, digər problemlərin həlli üçün rayon rəhbəri tərəfindən əlaqədar idarə və təşkilat rəhbərlərinə tapşırıqlar verilmişdir.
Kənd sakinləri, şəhid anaları onlara göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Sonda Cibir kəndindən olan şəhidlərin ailə üzvlərinə şəhid övladlarının fotoşəkilləri həkk olunmuş döş nişanları rayon icra hakimiyyətinin başçısı tərəfindən təqdim olunmuşdur.
Keçidlər