Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Çingiz Aytmatovun “Cəmilə” əsəri Qusar Dövlət Ləzgi Dram Teatrının səhnəsində

07 may 2025 | 18:18
Uzun tarixi yol keçmiş Azərbaycan teatrının inkişafında son illərdə yeni mərhələ başlayıb. Bu inkişafı, həm də bölgə teatrlarının fəaliyyətində müşahidə etmək olar.
Teatr mədəniyyətinin və bədii irsimizin təbliğində, milli teatr prosesində fəal iştirak edən Qusar Dövlət Ləzgi Dram Teatrı rəngarəng tamaşaları ilə tamaşaçı sevgisini qazanmağı bacarmışdır.
Mayın 6-da Qusar Dövlət Ləzgi Dram Teatrında Çingiz Aytmatovun “Cəmilə” əsəri əsasında hazırlanmış tamaşanın premyerası baş tutmuşdur.
Realizm və romantizm elementlərinin birləşdiyi səhnə əsərinin süjet xəttində sadə insanın gözü ilə ümumbəşəri problemlərə zərgər dəqiqliyi ilə yanaşılır. Cəmilə adlı bir gənc qadının yaşantıları fonunda əslində Böyük Vətən Müharibəsi illərində qırğız aulunda arxa cəbhədə cərəyan edən hadisələrdən doğan bir çox həqiqətlər, çətinliklər bütün mürəkkəbliyi ilə göstərilir.
Bədii tərtibatı, peşəkar aktyor oyunu ilə seçilən tamaşa tamaşaçılar tərəfindən maraqla izlənilib.
Keçidlər