Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Dəm qazı ölüm təhlükəsi yaradır” mövzusunda maarifləndirici tədbir keçirilib

18 dekabr 2024 | 19:00
Dekabrın 18-də Qusar rayon Gənclər evində Qusar rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Şimal Regional Mərkəzi və “Azəriqaz” İstehsalat Birliyi Xaçmaz Regional Qaz İstismarı İdarəsinin birgə təşkilatçılığı ilə əhalinin dəm qazından zəhərlənməsi hallarının qarşısının alınması məqsədilə “Dəm qazı ölüm təhlükəsi yaradır” mövzusunda maarifləndirici tədbir keçirilib.
 
RİH inzibati ərazi dairəsi üzrə nümayəndələrinin və bələdiyyələrin də iştirakı ilə baş tutmuş görüşdə fərdi yaşayış evlərində və mənzillərdə dəm qazından zəhərlənmə hallarının qarşısının alınması yolları, qaz cihazlarının düzgün quraşdırılması, istismarı və yanğın təhlükəsizliyi qaydaları ilə bağlı məlumatlar verilib. Evlərdə qaz sızmaları, dəm qazından zəhərlənmə, qaz partlayışları və yanğın hadisələrinin baş verməməsi üçün görülməsi vacib olan işlər qeyd olunub.
 
Qış mövsümü ilə əlaqədar əhalinin təbii qaza olan tələbatının artması fonunda qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması ciddi fəsadlara gətirib çıxarır. Qeyd olunub ki, belə halların qarşısının alınması üçün quraşdırılan hər bir məişət qaz qızdırıcısı standarta uyğun olmalı, onların təhlükəsizlik qurğuları daim saz vəziyyətdə olmalı və istifadəsi zamanı müəyyən olunmuş təhlükəsizlik qaydalarına tam riayət edilməlidir.
 
Fövqəladə Hallar Nazirliyinin aidiyyəti yerli qurumları tərəfindən bu cür maarifləndirici tədbirlərin bundan sonra da mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub.
Keçidlər